Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var.
Bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.
N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:
"Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur".