Bakıda narkotik tərkibli içki satılır?


Özü də alman istehsalıdı...

bakida-narkotik-terkibli-icki-satilir
17.02.2022 15:01 1 dəq oxuma

Bakıda mağazaların birində üzərində marixuana təsviri olan içki satılır. 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərindəki etiketdə də tərkibində vitaminlərlə bərabər, xaşxaş bitkisinin olunduğu da qeyd edilib.

Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ dövlət qurumu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılacaq.

Qida ekperti Məhsəti Hüseynova isə bildirir ki, satılan məhsulun etiketində narkotik bitkinin qeyd edilməsi içkinin tərkibində bu maddədən mütləq istifadə olunduğunu göstərir:

"Tərkibində narkotik olan qidalar yaddaşı, təfəkkürü pozur, orqanizmə ziyan vurur və asılılıq yaradır. Hər bir halda üzərində şəkili ilə birlikdə satılması qanunaziddir. Araşdırma aparılmalı və tərkibindəki narkotikin miqdarı öyrənilməlidir", - deyə mütəxəssis qeyd edib.

TurpKimi.com