Bakılı stilist qıcıqlandıran və dəbdə olan geyim rənglərini açıqladı


Hərbi geyimlərə üstünlük verənlərin diqqətinə...

bakili-stilist-qiciqlandiran-ve-debde-olan-geyim-renglerini-aciqladi
05.03.2022 20:49 1 dəq oxuma

Əslən bakılı olan stilist Vladislav Lisovets hərbi rənglərdən imtina etməyi və bayraqların rənglərini gündəlik geyimlərdə istifadə etməməyi məsləhət görüb.

Dəb mütəxəssisi bildirib ki, bir insan görünüşü ilə başqalarını sakitləşdirə və ya əksinə, onlarda qıcıq yarada bilər.

Bu məqsədlə o, hərbi geyimlərdə olan çalarlardan imtina etməyi tövsiyə edib. Stilist başqalarını qıcıqlandırmamaq üçün bayraq rənglərindən də istifadə etməməyi daha düzgün hesab edib.

Bununla yanaşı, Lisovets hazırda qırmızı və qara, narıncı və ağ rənglərin birləşmələrinin dəbdə olduğunu qeyd edib.

Mənbə: lenta.ru