Bakını şaxtalı hava gözləyir


Bakıda gecə şaxta olacaq, sulu qar yağacaq

bakini-saxtali-hava-gozleyir
10.12.2024 16:37 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də gecə saatlarında havanın temperaturu 0 dərəcəyə düşəcək.

Dekabrın 15-də Bakıda gündüz havanın temperaturu 2 dərəcə, gecə isə - 1 dərəcə təşkil edəcək.

Dekabrın 15-də Bakıda gün ərzində sulu qar yağacağı proqnozlaşdırılır.

Həmin gün havanın temperaturu digər günlərə nisbətən 6-7 dərəcə aşağı olacaq.