Bakını və Gəncəni toz dumanı ağuşuna alıb - SƏBƏBİ


Bu gün cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.

bakini-ve-genceni-toz-dumani-agusuna-alib
14.01.2021 18:54 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb.

Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.

Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.

TurpKimi.com