Balıq bişirərkən daha ləzzətli olması üçün bunları edin


Balığı dadlı edən vacib məqamlar...

baliq-bisirerken-daha-lezzetli-olmasi-ucun-bunlari-edin
05.10.2022 00:25 2 dəq oxuma

Balığı bişirərkən edilən çox adi səhvlər onun dadının qaçmasına səbəb ola bilir.

Omega-3 ilə zəngin olan balıq qoxusuna rəğmən sevilərək yeyilir. Lakin bəzi kiçik müdaxilələr onun dadsız olmasıyla yanaşı, sağlamlığa faydalı olmasına da mənfi təsir edir. TurpKimi.com balığı dadlı edən vacib məqamları təqdim edir:

1 – Balığı təzə halda bişirin. Aldığınız gün bişirməyə çalışın. Buna imkanınız yoxdursa, ən çox 2 gün dondurucuda saxlayın. Lakin dondurucudan çıxararkən buzu açılmadan bişirməyin. Səhəri gün bişirəcəksinizsə, balığı gecədən dondurucudan çıxarıb soyuducuya qoyun ki, yavaş-yavaş donu açılsın.

2 – Balığı bişirərkən yağın istiliyinə diqqət etmək lazımdır. Əgər yağ çox qızarsa, balığın çölünü çox qızardar və yanar. Yağın istiliyi lazım olan istilikdən aşağı olarsa, balıqlae sulu qalar və yağlı çıxar.

3 – Balıqları tavada qızardarkən yağın istiliyi kimi balığın ocağın üzərində qalma müddəti də vacibdir. Balığı çox bişirdikdə quru və dadsız olar. Balığı cüzi qəhvərəngi olana kimi qızardın, sonra ocaqdan götürün. Unutmayın ki, balıq tez bişən bir ət məhsuludur.

4 – Kilkə kimi kiçik balıqlar tavada qızardılarkən çox tez dağılır. Daha çox tez-tez çevirdikdə olur. Çalışıb hamısını birlikdə səliqəli şəkildə tavaya düzüb çevirmək lazımdır.

5 –Təbii ki, balıqları bişirməzdən əvvəl suda yuyuruq. Amma şirin suda uzun müddət qalsa balıqların dadı gedəcək. Ona görədir ki, balıq satanlar tez-tez balıqların üzərinə duzlu su tökür. Çünki duz duzlu suda yaşayan balıqların təravətini və dadını qoruyur.

Firuzə Alimova / TurpKimi.com