Balıq sezonu başlayır - Balığı asan yolla necə təmizləmək olar?


Balıq yeməyi çoxları xoşlayır. Təmizləməyi isə demək olar ki, heç kəs xoşlamır.

baliq-sezonu-baslayir
04.10.2022 12:49 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, hər balıq növü üçün təmizləmə üsulu da fərqlidir. 

Balıq yeməyini sevən, ancaq təmizləmə prosesinə görə ümumiyyətlə çöldə yeməyi seçənlər balıq təmizləməyin asan  yollarını bilməklə ailə büdcəsinə qənaət edə bilərlər. Balığı təmizləyərkən ilk növbədə başdan başlamaq lazımdır. Bəzi balıqların başını kəsdikdən sonra təmizləmək olar. 

Balığı çöldən alıb gətirərkən yumşaq olduğunu gördünüzsə, mütləq soyuducuda saxlayın ki, bir az bərkisin. Bərkidikdən sonra asanca təmizlənəcək. 

Balıq təmizləyərkən diqqət etməlisiz...

Balıqlar evə gətirildikdən sonra nə qədər qısa müddətdə təmizlənsə o qədər asan olacaq. Balıqlar təzəykən təmizlənərsə daha asan təmzilənəcək. Balığı soyuducuda azca dondurub, 1 saat buzluqda gözlətmək də balıqların daha sürətli və asan bir şəkildə təmizlənməsini təmin edər. Böyük balıq təmizləyərkən bıçaq kimi kəsici alətlərə ehtiyac olsa da, kiçik balıqları sadəcə olaraq  əllə təmizləmək mümkündür.

Kiçik balıq təmizləməyin asan  yolu

Ən çox sevilən balıqlardan biri olan kilkələri təmizləyərkən əvvəlcə başını əllə qopartmaq və qarınından açaraq iç orqanlarını təmizləmək kifayətdir. Yeyərkən ağıza qılçıq getməməsi üçün daxili orqanlarını təmzilədikdən sonra qılçıqdan tutaraq çıxarda bilərsiz.  Kiçik və sürüşkən olan balıqları təmizləyərkən tutmaqda çətinlik çəkirsinizsə, əllərinizi bir az unlayaraq təmizləmə prosesinə davam edə bilərsiniz.

Pulcuqlu  balıqları asan təmizləməyin yolu

Pulcuqlu balıqları təmizləmək üçün ehtiyacınız olan ilk şey iti bıçaqdır. Ətrafı çirklətməyəcək şəkildə balıq təmizləmək üçün isə ehtiyacınız olan 2-ci  şey  su dolu dərin bir qabdır. Balığı suyun içində təmizləməklə pulcuqların su üzərinə çıxmasını asanlaşdıracaqsız. Beləliklə, ətraf çirklənməyəcək.   

Pulcuqsuz balıqları təmizləmək daha asandır.   Əvvəl baş hissəsini qoparın, daha sonra içini təmizləyin və  bol su ilə yuyun.  İstəyə görə balıqların tam təmizləndiyindən əmin olmaq üçün duzlu suda saxlaya  bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com