Balıqdan 7 min dəfə faydalı olan “omega” tərkibli QİDA


Bu toxumun faydası dəyməyəcək problem yoxdur...

baliqdan-7-min-defe-faydali-olan-omega-terkibli-qida
18.10.2023 00:20 1 dəq oxuma

“Omeqa-3” yağ turşuları ürək sağlamlığından beyin funksiyalarına qədər bir çox faydalı xüsusiyyətləri ilə zəngin olan vacib komponentdir.

Düzdür, balıq “omeqa-3” yağ turşuları ilə zəngin bir qidadır və sağlamlığımız üçün vacibdir. Ancaq balıq yeyə bilməyən və “omeqa-3” ehtiyacını ödəmək istəyənlər az deyil.

Belə ki, adını çəkəcəyimiz bu qida “omega-3” baxımından balığı 7 min dəfə üstələyır, həmçinin xərçənglə mübarizədə möcüzəvi vasitədir.

TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur prof. İbrahim Saraçoğlu bu güclü silahın adını açıqlayıb. Bu, kətan toxumudur.

Kətan toxumu həm də iltihab əleyhinə xüsusiyyətləri sayəsində bədəndəki iltihabın qarşısını alır.

Kətan toxumu xüsusilə Misir və Asiya ölkələrində uzun illər istifadə edilən bir qidadır. “Omeqa-3” yağ turşuları ilə zəngin olan kətan toxumunun tərkibində “omeqa-6” və “omeqa-9” yağ turşuları da var.

Kətan toxumu yağında balıqdan 7 min dəfə çox “omeqa-3” yağ turşusu var. Bu, xüsusilə balıq istehlak edə bilməyən və ya dəniz məhsullarına allergiyası olanlar üçün böyük bir üstünlükdür.

Kətan toxumu liqnan adlı birləşmə ilə zəngindir və tərkibindəki lignan sayəsində xərçəngə qarşı əla silahdır. Xüsusilə döş, bağırsaq və prostat xərçənglərində şişin inkişafının qarşısını alır.

Firuzə Alimova / TurpKimi.com