Banan qabığı çayı ilə xoşbəxtlik hormonunu hərəkətə keçirin - Nə etməli?


Tədqiqatçılar banan qabığının xoşbəxtlik hormonu olan serotoninin səviyyəsini  artırdığını müəyyən edib.

banan-qabigi-cayi-ile-xosbextlik-hormonunu-herekete-kecirin
04.06.2021 22:50 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, qış aylarında insanlar depressiyaya daha çox meyilli olurlar.  Hətta araşdırmalarla bu sübut edilib. 

150 min nəfərin iştirak etdiyi araşdırmaya görə, qadınlar ilin bu vaxtlarında kişilərdən daha çox dərd çəkir. Ruh halı dəyişir, yorğun hiss edir və zövq alma duyğusu azalır. 

"Glasgow" universitetindəki tədqiqatçılar stress hormonu kortizolun istehsalının artması və xarici beynin soyuq və qaranlığa qarşı daha həssas olmasına görə qış depressiyasına daha meylli olduğumuzu sübut edib. 

Depressiyadan qorunmağın təbii yolu banan qabığından dəmlənmiş çay içməkdir.

Banan qabığı insanı xoşbəxt edir

Tayvan tədqiqatçıları  banan qabığında xoşbəxtlik hormonu kimi tanınan serotoninin səviyyəsini artıran komponentlərin olduğunu sübut ediblər. Banan qabığı əzələlərin sakitləşməsi və adrenalin səviyyəsinin nəzarət altında saxlanılması üçün lazım olan minerallarla zəngindir. İçini yediyimiz bananın qabığından çay dəmləyərək istifadə edə bilərik.  

Hazırlamaq qaydası:

 Yuyulmuş bir banan qabığını 15 dəqiqə suda qaynadın, soyudun və içməzdən əvvəl qabığı çıxarın. Bu çay gərginliyi azaldacaq, çiyinlərinizi yüngülləşdirəcək və yuxuya getmənizə  kömək edəcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 05.01.2019