Banan və alma qabığının faydası


Yediyimiz meyvələrin qabıqlarını “zibildir” deyib atmayın. 

banan-ve-alma-qabiginin-faydasi
17.03.2019 09:17 1 dəq oxuma

TurpKimi.com banan və alma qabığının faydalarını təqdim edir. 

Bananı yeyirik, lakin qabığını heç düşünmədən tullayırıq. Halbuki, banan qabığının düşündüyümüzdən də çox faydaları var.

Məsələn, banan qabığını tikələr halında bağınızın fərqli yerlərinə assanız, həşəratları həmin yerdən uzaq tutar. Bundan başqa, banan qabığından ayaqqabılarınızı parıldatmaq üçün də istifadə edə bilərsiniz. Əgər dərinizdə qaşıntı varsa, yenə də köməyinizə banan qabığı çatacaq.

 

Qurumuş alma qabıqlarından alüminium mətbəx əşyalarındakı ləkələri təmizləmək üçün istifadə edə bilərsiniz. Dərinizin təmizlənməsi, yorğunluğunuzun aradan qalxması üçün alma qabıqlarını 10 dəqiqə üzünüzdə saxlamağınız kifayətdir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com