Banandan daha çox kaliumla zəngin - 7 qida


Kaliuma olan tələbatı ödəmək üçün bir çox adam banan istehlak edir.

banandan-daha-cox-kaliumla-zengin
12.07.2021 14:08 2 dəq oxuma

Ancaq bir banan gündəlik kalium ehtiyacının  yalnız 9 faizini qarşılayır. Əgər kaliumdan bol miqdarda faydalanmaq istəyirsinizsə, kalium tərkibi  banandan belə daha yüksək olan qidaları da bilməkdə fayda var. 

Kalium bədənin maye tarazlığına nəzarət edir, əzələ-sinir sistemini möhkəmlədir və fəaliyyətini yaxşılaşdırır. Kalium nisbəti ən yüksək olan qidanın banan olduğu bilinir. 1 orta boy bananda ortalama olaraq  358 mq kalium var. Ancaq banandan belə daha çox kalium ehtiva edən qidalar da vardır.

TurpKimi.com kaliumla zəngin qidaların siyahısını təqdim edir:

1. Avokado


Avokado lif və sağlam yağlarla zəngin bir meyvədir. Avokadonun yarısı gündəlik kalium ehtiyacının 10 faizini ödəyir.  Bu da bir banandan daha çoxudur. Avokado quruluş və  dad baxımından möcüzəvi bir meyvədir. Buna görə hansı yeməklə yan-yana gəlirsə, o ləzzəti daha çox ön plana çıxarar.

2. Şirin kartof (qırmızı kartof)

Şirin kartof göz və dəri sağlamlığını qoruyan A vitamini baxımından zəngindir. Ürək sağlamlığına faydalı olan lif qaynağıdır. 

Bir orta boy şirin kartof gündəlik kalium ehtiyacının 12 faizini ehtiva edər. Bu möcüzə qidanı yağsız bir zülalla yesiniz, özünüzü gün boyu enerjili hiss edərsiniz.

3. İspanaq

İspanaq az kalorilidir, lif və fol turşusu, göz sağlamlığı üçün faydalı olan  lutein və zeaksantin ilə də zəngindir.
3 su stəkanı ispanaq gündəlik kalium ehtiyacının 12 faizini qarşılayır. Yüngül dadı olan ispanağı balanslı və sağlam qida kimi salatlarınıza və ya şorbalarınıza əlavə edə bilərsiniz.

4. Qarpız

Qarpız xərçəng riskini azaldan antioksidantlarla zəngin giləmeyvədir. Bir qarpızın 1/8-i gündəlik kalium ehtiyacının 14 faizini qarşılayır. A, C vitamini və lif baxımından zəngindir. Qarpızda olan C vitamini daha parlaq bir dəriyə sahib olmağınızı təmin edər.

5. Quru paxla

Ağ, qara və ya soya paxlası həm  bitki mənşəli  zülal və lif, həm də kalium baxımından zəngindir.  1 su stəkanı quru paxla  kalium ehtiyacının 14-18 faizini qarşılayar.

Quru paxladan müxtəlif cür yeməklərin hazırlanmasında istifadə edilir.  Salatınıza, şorbanıza və ya yumurta üzərinə asanca əlavə edərək istehlak edə bilərsiniz.

6. Ərik

Ərik qurusu gündəlik kalium ehtiyacının təxminən 10 faizini  ehtiva edən ləzzətli qidadır.  Quru, ya da yaş əriyi çərəzlərlə birgə  istehlak etsəniz bədəndə daha çox təsirini görərsiniz.

Xüsusilə məşq zamanı, ya da hərəkət edərkən və ya ürəyiniz şirin şey istədikdə asanlıqlayeyə bilərsiniz.

7. Nar

Nar ürək sağlamlığı üçün əvəzedilməz,  antioksidantlar və çox sayda lif ehtiva edən şirin bir meyvədir. Gündəlik kalium ehtiyacının 14 faizdən çoxunu qarşılayar.

İstər  yeyin, şirəsini çəkin, istərsə də  salata əlavə edin fərq etməz, bütün faydalarından yararlana bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 04-05-2021