Bandana ilə tərzinizə rəng qatın - Bağlama üsulları - FOTOLAR


Bu yay da bandanalar dəbdə olacaq. 

bandana-ile-terzinize-reng-qatin
01.07.2024 22:09 1 dəq oxuma

Bandanaları ən çox gənclər sevərək istifadə edir. 

Keçmişdən  günümüzə gəlib çatan yaylıqların (bandana)  dəbi heç vaxt köhnəlmir. Hər kəsin sevərək istifadə etdiyi bu aksesuarları hər geyimə uyğunlaşdırıb istifadə etmək olar. İstər qış, istərsə də yay fəslində bağlama üsulları ilə göz qamaşdıra bilərsiniz. 

TurpKimi.com bandanalardan yay fəslində necə istifadə edəcəyinizlə bağlı bəzi ipucları verəcək:

Klassik Bandana Bağlamaq

İllərdir dəyişməz model olan klassik bağlama üsulu həm çox asandır, həm idman,  həm də şık tərzi ilə seçilir. 

 Fiyonik Bandana Bağlamaq

Fiyonik bağlamaq tərzi çox zərif stil yaradır.


Afrika Modeli Bandana Bağlamaq

Bu tərz rəngli geyimlərinizə xüsusi gözəllik qatacaq. 

At Quyruğuna Bandana Bağlamaq

Paltarlarınıza  uyğun rənglərdə bandanalarınızı topuzunuza, ya da yığdığınız saçınıza ilişdirsəniz  möhtəşəm bir görünüş yarada bilərsiniz. 

Qolunuza və ya çantanıza bağlamaq

Bandanaları geyiminizə uyğun qolunuza və ya çantalarınıza da bağlamaqla fərqli görünə bilərsiniz.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com