Barmaqlardakı bu əlamət xərçəngə işarə ola bilər


Hər dəyişikliyə biganə qalmaq olmaz...

barmaqlardaki-bu-elamet-xercenge-isare-ola-biler
01.01.2022 12:42 1 dəq oxuma

Barmaq uclarındakı dəyişikliklər xərçəngin başlanğıcını göstərə bilər.

Bu barədə Britaniyanın Milli Səhiyyə Xidməti məlumat yayıb.

Məlumata görə, barmaq ucundakı sonuncu falanqanın kolbavari qalınlaşması (Hippokratın barmaqları əlaməti), eləcə də dırnaqların saat şüşəsi şəklində deformasiyası qorxunc xəstəliyə işarədir. Bu simptom ağciyər xərçəngi olanların 35%-də, hüceyrə xərçənginə tutulanların isə 4%-də müşahidə olunur.

Odur ki, qeyd olunan əlamətləri hiss edənlər dərhal həkimə müraciət etməlidirlər.

Unutmaq olmaz ki, xərçəngin inkişafının qarşısını almaq üçün onun vaxtında aşkarlanması olduqca önəmlidir.

Rosbalt.ru / Oxu.az