Baş nazir Qafqaz mətbəxindən danışdı - Ən sevdiyim...


Qafqazlıları cavan və sağlam saxlayan qida...

bas-nazir-qafqaz-metbexinden-danisdi
06.03.2021 21:19 1 dəq oxuma

Böyük Britaniyanın baş naziri Boris Conson maliyyə naziri Rişi Sunak ilə birlikdə ölkənin şimal-şərqində yerləşən “Teesport” limanına səfər edib.

TurpKimi.com xəbər verir ki, səfər çərçivəsində mətbuata açıqlama verən Conson pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyandan və piylənmənin koronavirusla birlikdə yaratdığı təhlükədən danışıb.

Ötən ilin mart ayında koronavirusa yoluxan baş nazir artıq çəkilərindən dolayı virusla mübarizə aparmaqda çətinlik çəkdiyini və çəki ataraq sağlam qidalanmağa başladığını da qeyd edib.

Hansı qidalara üstünlük verdiyi soruşulduqda Boris Conson belə deyib: “Mənim ən sevdiyim sağlam qida kababdır. Çox faydalıdır, elə deyilmi?!”.

Firuzə Alimova / TurpKimi.com