Baş nazirdən Novruz bayramı ilə əlaqədar - VACİB QƏRAR


Baş nazir Əli Əsədov Novruz bayramı ilə bağlı sərəncam imzalayıb.

bas-nazirden-novruz-bayrami-ile-elaqedar
12.03.2020 19:56 1 dəq oxuma

Qərara əsasən, iş və istirahət  günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. 

Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.

TurpKimi.com