Ağır şam yeməklərindən və bayram axşamı qəbul edilən yeməklərdən sonra orqanizmi özünə gətirmək bir az çətin olur.
Amma Sağlam Qidalanma və Diyet üzrə mütəxəssis Roksi Menase 9 üsula riayət etməklə bir gecə əvvəl yüklənmiş vücudu özünə gətirməyin mümkün olduğunu bildirir.
TurpKimi.com orqanizmi yeniləyən, toksinlərdən təmizləyən üsulları təqdim edir:
Yuxudan duran kimi bir stəkan su için
Oyanan kimi içdiyiniz 1 stəkan su əvvəlki axşam istehlak etdiyiniz yüksək yağlı qidalar və ya şəkərli içkilərdən sonra bədəndə yaranan toksinləri təmizləməyə köməkçi olur; daxili orqanlara oksigenin çatmasını və dərinin nəm balansının qorunmasını təmin edir.
Səhər yeməyindən əsla imtina etməyin
Neçədə dursanız da xəmir məmulatları, işlənmiş qidalar-kolbasa, sosiska, cem kimi qidalardan uzaq durun. Zülaldan zəngin qidalar- yumurta, ağ pendir, zeytun, qoz, tam buğda çörək və yaşıl tərəvəzlərdən ibarət yüngül bir nahar əvvəlki axşam yediyiniz ağır yeməyi nizamlamağa kömək edər.
"Dünən axşam çox yedim" deyib, ac qalmayın
Qan şəkərinizi tarazlamaq üçün paylarınızı axsatmayın. Əhəmiyyətli olan istehlak etdiyiniz qidaların tərkibidir. Yağlı qidalar əvəzinə zülallı qidalar ilə bitki mənşəli qidaları istehlak etməyə diqqət edin.
Yürüşə çıxın
Xüsusi günlərdə və ya bayram axşamlarında qəbul etdiyiniz yeməkləri həzm edə bilmək və mədənizi rahatlaşdırmaq üçün çölə çıxıb yarım saat piyada gəzin. Yürüşə çıxmaq xərclədiyiniz enerji miqdarını artırar, bir əvvəlki gün aldığınız çox enerjini tarazlamağa kömək edər. Aktiv fiziki fəaliyyət serotonin, dopamin və norepinefrin kimi xoşbəxtlik və enerji verən hormonların ifraz olunmasına kömək edir. Bu da səhəri gün daha enerjili və pozitiv olmağı təmin edir.
1 kasa qatıq yeyin
Bəslənmə və Diyet üzrə Mütəxəssis Roksi Menase qeyd edib ki, bağırsaq florası yeyib içdiklərimizdən, qidaların içərisindəki qoruyucu və qatqı maddələrindən, dərmanlardan, stresdən və digər bir çox faktorlardan təsirlənir. "Bağırsaq florasını qorumaq immunitet sistemi qədər ruh sağlamlığımız üçün də çox əhəmiyyətlidir. Bir kasa qatıq, ya da bir stəkan kefir kimi probiotik qidalar ağır yemək və içkilərdən sonra bağırsaq sağlamlığımıza müsbət təsir edəcək".
Gün ərzində tez-tez bol su üçün
Bayram axşamlarında, xüsusi dəvətlərdə yeməyin yanında su içmək əvəzinə şəkərli, qazlı və spirtli içkilər kimi yüksək karbohidratlı içkilər istehlak edilir. Yüksək karbohidratlar isə bədəndə su yığır. Ona görə də ağır yeməyin səhəri günü ən az 2 litr su için. Su içmək bədəninizdə şişkinliyin yaranmasını önləyəcək və yaranan toksik maddələrin ifrazına kömək edəcək.
Çay və qəhvəni məhdudlaşdırın
Kafeinin qəbulu ürək ritmini sürətləndirir. Gün ərzində 3-4 orta ölçüdə fincan çay və ya qəhvə için. Artığı ziyandır. Çalışın qəhvə ilə birlikdə su da qəbul edin.
Bol tərəvəz istehlak edin
Antioksidant tərkibli qidaları istehlak etməklə pis qidalanma zamanı yaranan və immunitet sisteminə mənfi təsir edərək xəstələnmə riskini artıran sərbəst radikallardan qoruna bilərsiz. Mövsümi tərəvəzləri ana yeməklərinizdə mütləq istehlak edin.
Axşam yeməyini erkən yeyin
Axşam yeməyini erkən yemək lazımdır. Yeməklərin bədəndə həzm edilmə müddəti 2-6 saat arası dəyişir. Buna görə, axşam yeməyinizi yuxudan 4 saat, gecə yeməyinizi isə yüngül ara payla ən azı 2 saat əvvəl bitirməniz özünüzü daha yaxşı hiss etmənizi təmin edər. Xüsusilə mədə qıcqırması və mədə yanması kimi narahatlıqlarınız varsa, bu müddətə daha çox diqqət edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub:10-03-2020