Bölgələrdə bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanın bölgələrində bayram günlərində, yəni martın 20-24-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5 ° isti, gündüz 6-11° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında da eyni hava şəraiti gözlənilir. Belə ki, havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Şərqi Zəngəzurd - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacaq.
Hava şəraitinin Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı rayonlarında da havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında da eyni hava müşahidə ediləcək. Sözügedən ərazilərdə havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq.
TurpKimi.com