Bayram günlərində hava necə olacaq?


Bayram günləri üçün hava proqnozu açıqlandı.

bayram-gunlerinde-hava-nece-olacaq-1
25.06.2023 22:12 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında iyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında iyunun 26-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

TurpKimi.com