Bayram namazının vaxtı açıqlandı


Camaat namazı onlayn qılınacaq.

bayram-namazinin-vaxti-aciqlandi
07.05.2021 17:06 1 dəq oxuma

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda bayram namazının qılınma tarixi məlum olub.

TurpKimi.com-un məlumatına görə, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

O qeyd edib ki, Ramazan bayramı ilə bağlı olan təqvimə əsasən, mayın 13-də bayram namazı qılınacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə məscidlərə toplanmaq mümkün olmayacaq.

Azərbaycanda məscidlər bağlı olduğu üçün bu Ramazan bayramında camaat namazı onlayn qılınacaq.

TurpKimi.com