Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlanıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş (dərs) günü - dərs beşgünlük müəssisələrdə yanvarın 5-dir.
O vurğulayıb ki, altıgünlük müəssisələrdə isə şagirdlər yanvarın 4-də dərsə gedəcəklər.(Report)