Bayram və istirahət günlərində Bakıda və rayonlarda hava necə keçəcək?


Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

bayram-ve-istirahet-gunlerinde-bakida-ve-rayonlarda-hava-nece-kececek
17.03.2023 17:59 2 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, martın 19-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 7-12 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.

Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.

Martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Rayonlarda istirahət və bayram günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir.

Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

TurpKimi.com