Dünyanın ən bahalı və ən ucuz şəhərləri...
“Economist İntelligence Unit” dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb. Siyahıda 3 ölkənin paytaxtı dünyanın ən bahalı şəhərləri adını qazanıb. Bunlar Paris, Honq Konq və Sinqapurdur.
Siyahının sonrakı pillələrini Zürih, Cenevrə, Osaka, Seul, Kopenhagen, Nyu York, Təl-Əviv və Los Anceles tutub. Açıqlananlar arasında Avropanın 4 şəhərinin adının çəkilməsi diqqət çəkib.
Bahalı şəhərlərlə yanaşı dünyanın ən ucuz şəhərlərinin də adları bəlli olub. Belə ki “Economist İntelligence Unit”ə görə, ən ucuz şəhərlər Karakas, Şam, Daşkənd, Almatı, Banqalor, Karaçi, Laqos, Bueynos-Ayres, Çennay və Yeni Dehli olub.
Qeyd edək ki, araşdırma 133 şəhərdə çörək kimi ən çox istifadə edilən və alınan məhsullar üzərindən aparılıb.
Firuzə Alimova / TurpKimi.com