Bazar günü hava necə olacaq?


Bazar günü qar ayrı-ayrı yerlərdə intensivləşəcək, gecə və səhər yollar buz bağlayacaq

bazar-gunu-hava-nece-olacaq-1-2-3-4-5-6-7-8-9-10-11-12
22.02.2025 20:41 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidməti fevralın 23-də gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.

Xidmətdən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

TurpKimi.com