Bazar gününün havası - Yağış, külək, şaxta...


Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək.

bazar-gununun-havasi-1
23.11.2019 16:55 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.