Bədəndə KOLLAGENİN istehsalını təbii yolla artıran BİTKİ


Çay əvəzinə içib həm gözəlləşin, həm də sağlam qalın...

bedende-kollagenin-istehsalini-tebii-yolla-artiran-bitki
24.08.2025 01:03 2 dəq oxuma

Botanik adı “achillea millefolium” olan adi boymadərən (türk dilində “civan perçemi”, rus dilində “tısyaçelistnik” adlanır) çoxillik yabani bir çiçəkdir. Dağ yamaclarında, çay kənarlarında öz-özünə yetişən bu bitki yaraların sağaldılmasında, iltihabın azaldılmasında, həzm problemlərində istifadə olunur. Şəfalı tərkibi sayəsində müasir tibdə xüsusilə qadınların hormonal problemləri üçün istifadə edilib.

TurpKimi.com adi boymadərən bitkisinin əsas faydalı xüsusiyyətlərini sadalayır:

-İltihabı aradan qaldırır;

-Əzələ spazmlarını və mədə problemlərini azaldır;

-Mədə pozğunluğuna yaxşı təsir edir;

-Soyuqdəymələrin təsirini azaldır;

-Yaraların sağalmasını sürətləndirir və dərini bərpa edir;

-Narahatlığı və yuxusuzluğu aradan qaldırır;

-Menstrual stimullaşdırıcıdır və eyni zamanda aybaşı sancılarını aradan qaldırır;

-Bədənin infeksiya ilə mübarizə aparmasına kömək edir;

-Qan durulaşdırıcı təsirə malikdir;

-Sidikqovucudur;

-Qan təzyiqini aşağı salır;

-Sinir sistemini və qan damarlarını gücləndirir;

-Sakitləşdirici təsirə malikdir;

Bu bitkinin əsas özəlliyi dərinin yenilənməsinə kömək etməsidir. Qırışların azaldılması və məsamələrin kiçildilməsində bir çox kremlərin tərkibində istifadə olunur. Dəridə yaranan müxtəlif infeksiya və yaraların sağaldılmasında pambıqla dəriyə sürtərək istifadə edilə bilər.

Adi boymadərən çay şəklində qəbul edildiyi zaman kollageni yaxşılaşdırmada çox dəyərli bir bitkidir. Bədəndəki kollageni artırmaq, kollagenin orqanizmdəki aktivliyini, istehsalını, kollagenin var olması üçün fermentlərin sorulmasını, daşınmasını həyata keçirməkdə mükəmməl təbii vasitədir. Yaşlanma zamanı, xüsusilə də menopoza yaxın qadınlarda kollagenin məhvi, onun zərər görməsi daha da artır. Həm kişilərdə, həm də qadınlarda hormonal pozulmadan dolayı dərinin quruması, qırışların yaranması şəklində özünü biruzə verən kollagen problemlərini boymadərən bitkisi ilə aradan qaldırılmaq, dərinin yaxşılaşdırılmaq həqiqətən mümkündür. Qırnaqların, saçların, dərinin və sümüklərin sağlamlığında bu bitkinin faydaları əvəzolunmazdır.

Qeyd edək ki, bu bitkinin tərkibində qadın hormonları üçün faydalı olan esterogen hormonu var. Bu da kollagenin istehsalını gücləndirir. Gün ərzində 2 stəkandan artıq içməmək tövsiyə olunur. Xüsusilə də allergiyası olan insanlar ehtiyatlı olmalıdır. Bu bitkidən çay şəklində qəbul etdikdə, təsirini tez bir zamanda görmək mümkündür. Dərinin yenilənməsi üçün hər gün davamlı üzə sürtülməsi lazımdır. Bir stəkan qaynar suya 1-2 çay qaşığı bitkidən əlavə edib 10-15 dəqiqə dəmləndikdən sonra istifadə etmək olar. Təbii çayın təsirini azaltmamaq üçün qaynatmaq olmaz. Şüşə və saxsı qabdan istifadə etmək məsləhətlidir.

Mənbə: "Hekimzade"

Firuzə Alimova / TURPKİMİ.COM