Bədəninizdə parazit olduğunu necə bilmək olar? - 10 əlamət


Parazitin bədəninizdə olduğunu düşünmək qorxuducu ola bilər,  ancaq bu mövzuda tək deyilsiniz, parazitlər sandığınızdan daha çox yayılıblar.

bedeninizde-parazit-oldugunu-nece-bilmek-olar
31.08.2022 15:40 2 dəq oxuma

Parazitlər hər yerdədir, hətta klinikalarda belə vardır. 

Parazit Nədir?

Parazit başqa bir orqanizm ilə  bəslənən hər hansı bir orqanizmdir. Bağırsaq parazitləri isə ümumiyyətlə qidalarınızla bəslənən qurd kimi kiçik orqanizmlərdir. 

Yumru, yastı qurd, qılqurdu kimi müxtəlif növ parazitlər var.  Onlar çox müxtəlif şəkil və ölçülərdə olduqlarına görə fərqli problemlərə səbəb ola bilərlər. Bəziləri istehlak etdiyiniz qidaları yeyərlər və yeməkdən sonra da ac qalmanıza, çəki ala bilməmənizə səbəb olarlar. Bəziləri qırmızı qan hüceyrələri ilə qidalanaraq anemiyaya səbəb olarlar. Bəziləri qaşınma, narahatlıq və yuxusuzluq verən yumurtalar qoyarlar. Bağırsaqlarınızda səbəbi məlum olmayan narahatlıq varsa, parazitlərdən şübhələnməyə başlamalısız. 

Parazitlərə necə yoluxuruq?

Parazitlər insana bir neçə yolla keçir.  İlk olaraq parazitlər bədənə çirkli su və qidalardan girə bilərlər. Az bişmiş ət parazitlərin çox gizləndikləri yerdir.  İnkişaf etməmiş ölkələrdən gələn çirkli sular, göllər, hovuzlar də parazit qaynağı olurlar. Təmizlənməmiş, yuyulmamış  meyvələr və tərəvəzlər də parazit qaynağıdır. 

Bəzi parazitlər bədənə dabandan belə  girə bilirlər.

 Əgər parazitiniz varsa və tualetdən sonra  əllərinizi yumursunuzsa qapı tutacağı, telefon və toxunduğunuz hər şeyə mikroskopik parazit yumurtalarını keçirdə bilərsiniz. Heyvanlara toxunarkən parazitə yoluxursuz. Əlləri yumaq parazitin yayılmasının qarşısını alan  ən yaxşı yollardan biridir. Parazitlərə dənizdən də yoluxa bilərsiniz.  

TurpKimi.com parazitinizin olduğunu göstərən 10 əlaməti təqdim edir:


• Açıqlana bilməyən qəbizlik, ishal, qaz və digər həzm sistemi narahatlıqları
• Xarici ölkəyə səyahətdən sonra xaricdə ishal olduğunuzu fərq etmək
• Keçmişdə qida zəhərlənməsinin olması  və sonra da həzminizin əsla əvvəlki kimi olmaması
• Yuxuya getməkdə çətinlik çəkmək və gecə bir neçə dəfə  oyanmaq
• Açıqlana bilməyən qızarmalar, dəri problemləri, eqzema və sədəf xəstəliyi
• Yuxuda dişləri qıcırdatma
• Əzələ və oynaqlarda ağrılar
• Yorğunluq, əldən düşmüşlük, depressiya və heç nəyə əhəmiyyət verməmə
• Yeməklərdən sonra heç bir zaman tox hiss etməmək
• Dəmir əskikliyi, anemiya


Parazitin təşxisi nəcisdən müxtəlif cür analizlərin götürülməsindən sonra qoyulur. Nəcisdən 17 tip parazitin təşxisi qoyula bilər.  Əgər orqanizminizdə sizə zərər verə biləcək parazitin olmağından şübhələnirsinizsə, mütləq nəcis analizindən keçin.  

Unutmayın hər şey bağırsaqdan başlayır. Bağırsaq sağlamlığın qapısıdır. Sağlam bağırsaq, sağlam insan deməkdir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

17-03-2021