Özümüz özümüzün həkimi və sağlamlığımızın keşikçisi olaq!
Bədəninizlə bağlı hər şeyin yaxşı olub-olmadığını cəmi 30 saniyə ərzində müəyyən edə bilərsiniz.
TurpKimi.com bildirir ki, həkimlərə görə xəstələnmə riski yaşlandıqca artır və immun sistemi zəifləməyə başlayır. Odur ki, hər 2 ildə bir dəfə bütünlükdə fiziki yoxlamadan keçmək tövsiyyə olunur. Ancaq təqdim edəcəyimiz üsullarla evdə bəzi testlər edərək sağlamlığınızı yoxlaya bilərsiniz. Bununla da siz bədəninizdə baş verən dəyişikliklə bağlı həkimə müraciət etməli olub-olmadığınızı anlayacaqsınız.
1 – Dırnağınızı bərk sıxın
Sağ və ya sol baş barmağınızın və işarə barmağınızın dırnaq köklərinə doğru üstündən sıxın. İlk olaraq baş barmağınızla başlayın və 3-5 saniyə gözləyin. Daha sonra digər barmaqlarınıza tətbiq edin. Sıxıb dayandıqdan sonra qan 2 saniyədən çox gec geri gəlməməlidir. 2 saniyə ərzində geri gəlirsə, demək bədəninizdə qan axını kifayət qədər yaxşıdır. Qeyd edək ki, barmaqlar daxili orqanlarla sıx əlaqəlidir və bu test ağrı verdisə, yolunda getməyən bir şeylər var deməkdir.
2 – Yumruğunuzu sıxın
Bunun üçün yumruq tutun və 30 saniyə sıxıb saxlayın. Daha sonra yumruğunuzu açın. Bu zaman ovcunuzun ağardığını görəcəksiniz. Çünki yumruq tutarkən qan damarlarımız sıxılaraq ələ gedən qan axınını azaldır. Əlimizi sərbəst buraxdıqdan sonra qanın dərhal geri qayıtması qan damarlarımızın yaxşı işlədiyini və sağlam olduğumuzu göstərir. Ancaq ovcumuzu açandan sonra əllərimizin əvvəlki rənginə qayıtması bir az gec baş verirsə, bu, arteriosklerozun əlaməti ola bilər.
3 – Əzələlərinizi sıxın
Üzü üstə yerdə rahat şəkildə uzanın. İki qolunuzu da yanlara doğru uzadın. Sol ayağınız düz qalsın və yavaş-yavaş sağ ayağınızı yuxarı qaldırın. Ayağınızı dizdən bükün və bu şəkildə 30 saniyə durun. Bunu uğurlu şəkildə edə bilsəniz, demək bədəniniz sağlamdır. Lakin testi edərkən canınız sizə ağrı verdisə, bədəninizdə ən güclü əzələlərdən biri olan “gluteus maximus”la bağlı probleminiz ola bilər.
4 – Ayaqlarınızı 30 saniyə yuxarıda tutun
Yenə üzü üstə yerdə uzanın. İki qolunuzu da yanlara doğru uzadın. Bədəninizi sabit tutarkən iki ayağınızı da yuxarı qaldırın. Bu şəkildə 30-35 saniyə qalın. Ayaqlarınız titrəmədən bu testi tamamlaya bildinizsə, bədəniniz sağlamdır. Ancaq bu test sizə çox çətin gəldisə, qarın və ya onurğanın aşağı nahiyyəsində probleminiz ola bilər.
5 – Belinizi yuxarı qaldırın və hərəkətsiz durun
Yenə üzü üstə yerə uzanın. Əlləriniz də daxil olmaqla, sadəcə bədəninizin yuxarı hissəsini yüngülcə qaldırın. Bu şəkildə 30-35 saniyə durun. Bu testdən çətinlik çəkmədən keçsəniz, bədəniniz sağlamdır. Əgər öhdəsindən gələ bilmədinizsə, deməli onurğanızda problem var.
Firuzə Alimova / TurpKimi.com