Qan azlığından əziyyət çəkənlərin faydalanacağı resept...
Qanı artıran və enerji verən bəhməzin faydaları saymaqla bitməz. Bir də limon sıxıb qəbul etdikdə faydasının daha da artdığının şahidi olacaqsınız.
Bəhməzdən ən çox qan azlığından əziyyət çəkənlərin faydalanması onlar üçün təbii reseptdir. Bəs limonla birlikdə bəhməzin hansı faydaları var?
- Qan dövranını sürətləndirir;
- Şirniyyata olan istəyi azaldır;
- Dayanmayan öskürəyi dibindən kəsir;
- Boğazda olan ağrı, qaşıntı və iltihablanmanın qarşısını alır;
- Qrip kimi soyuq havalarda geniş yayılmış xəstəliklərdən qoruyur;
- Qışda olan bir çox xəstəliklərin qısa müddətdə sağalmasına kömək edir;
- Dəmirlə zəngin olan bəhməz davamlı içildikdə qan azlığına müsbət təsir edir;
- Orqanizmi sərbəst radikallardan qoruyur;
- Toxluq hissi verərək arıqlamaq istəyənlərə dəstək olur;
- Orqanizmə enerji verir, halsızlıq və yorğunluq hissini aradan qaldırır;
Limonlu bəhməz necə hazırlanır?
- ½ stəkan bəhməz;
- Bir ədəd təzə sıxılmış limon suyu;
- ½ stəkan su
Suyun içinə bəhməz və limon suyunu əlavə edib yaxşıca qarışdırın. Bu qarışımın daha çox fayda verməsini istəyirsinizsə, səhər acqarına için. Daha tez təsir etməsini istəyirsinizsə, qarışımı 2 xörək qaşığı bəhməzlə hazırlayıb, səhər və axşam, yəni gündə 2 dəfə ac qarına içə bilərsiniz.
Bunu həftənin 6 günü edib, 1 gün orqanizminizə istirahət verin. Davamlı etdikdən bir müddət sonra qan azlığına göstərdiyi müsbət təsirini görməyə başlayacaqsınız.
Firuzə Alimova / TurpKimi.com