Öskürəyi bıçaq kimi kəsən təbii məlhəm...
Vitamin və mineral dəyəri olduqca yüksək olan bəhməzdən hər səhər 1 yemək qaşığı qəbul etmək məsləhətlidir. İçinə zeytun yağı əlavə etdikdə isə faydası ikiqat artır.
TurpKimi.com bildirir ki, bu ikili qarışım xroniki farengit, quru və ya bəlğəmli öksürək kimi xəstəliklərə şəfadır.
Mövsümündən asılı olmayaraq şiddətli öskürəyiniz varsa, 2 xörək qaşığı zeytun yağını 1,5 yemək qaşığı keçi buynuzu bəhməzi və az miqdarda qara istiotla qarışdırıb qəbul etmək olar.
Əgər bir neçə gün istifadə edəcəksinizsə, o zaman hər ikisindən də bərabər ölçüdə götürüb qarışdırın. Qəbul etməzdən əvvəl bir az isidin və yatmazdan əvvəl bir neçə yemək qaşığı qəbul edin. Lakin üzərindən heç bir şey yeyib içməyin.
Qarışımdan öskürəyi olanlar öskürəyi keçənə kimi, xroniki farengiti olanlar isə 2 həftə qəbul etməlidir.
Firuzə Alimova / TurpKimi.com