Bəhməz və onun faydaları haqda...
Bəhməz üzüm, tut və keçibuynuzu kimi meyvələrin suyundan əldə edilir. Vitamin və minerallarla zəngin olan bəhməz boğazdakı infeksiyalara güclü təsir vasitəsidir. Lakin tahin ilə birlikdə qəbul edilən bəhməzin insan sağlamlığına faydası inanılmazdır.
TurpKimi.com bildirir ki, bəhməz çox güclü antioksidant və antibakterial qida vasitəsidir. B vitamin qrupu ilə zəngin olan bəhməz orqanizmdəki dəmirin sorulmasını artırır, qandakı qan yaradan hüceyrələri artırır. Bir kasa bəhməz orqanizmin ehtiyacı olan bir çox maddəni 50 faiz təmin etmiş olur. Aparılan araşdırmalara görə, bəhməzin içindəki thiamin və riboflavin maddələri baldan 10 dəfə çoxdur. Bundan başqa, uşağın inkişafına müsbət təsir etdiyi üçün mütəxəssislər hamiləlik zamanı istifadəsini tövsiyə edir.
FAYDALARI
- Həzm sistemində yaranan xəstəliklər üçün təbii dərmandır. Bağırsağın florasını və mədə tuşusunu düzəldir, həzmin funksiyalarını artırır.
- Qara ciyər və ağ ciyər vacib orqanlardır. Hər hansı problem baş qaldıranda ciddi xəstəliklərə yol açır. Lakin bəhməz tərkibindəki güclü maddələr sayəsində antibakterial təsir göstərir. Həm ağ ciyərin, həm də qara ciyərin dərindən təmizlənməsinə kömək edir.
- Sümüklərin inkişafında və güclənməsində mühüm rol oynayan kalium, kalsium, maqnezium və mislə zəngindir.
- Yuxarı tənəffüs yollarında artan infeksiyalar udqunma, nəfəs alma kimi funksiyaların düzgün işləməsinə mane olur. Bu hal xəstəliyin şiddətlənməsinə gətirib çıxarır. Mütəxəssislər bu zaman bəhməzi qara istiotla birlikdə qaynadıb qəbul etməyi tövsiyyə edir. Qarışım boğazı bakteriyalardan təmizləyərək tənəffüs yollarının açılmasına kömək edir.
- Qanda azanlan maddələr qan təzyiqini ya azaldır, ya da yüksəldir. Bu da yüksək təzyiq və iflic kimi narahatlıqlara səbəb olur. Bəhməz isə qan təzyiqini tarazlayaraq, bu kimi halların yaşanmasının qarşısını alır.
- İmmun sistemini gücləndirən təbii dərmandır. Xüsusilə də allergik reaksiyalarda oyanan immun sisteminin mənfi təsirini azaldır. Xəstəliklərə qarşı immuniteti gücləndirir, tez sağalmağa kömək edir.
KƏRƏ YAĞI İLƏ BƏHMƏZİN HAZIRLANMASI:
- 1 xörək qaşığı kərə yağı;
- 1 stəkan bəhməz;
Bir stəkan keçibuynuzu və ya üzüm bəhməzinə yarım stəkan su töküb az istilikdə qaynadın. Daha sonra kərə yağını içinə qatın. Qatı olan qarışımı ilıq halda səhər və axşamlar 1 xörək qaşığı qəbul edin. Əldə edilən faydalı qarışım boğazı yumşaldır, mikrobları azaldaraq iltihablanmanın qarşısını alır. Bu qarışım təkcə boğaza deyil, bütün orqanizmə faydalıdır. Yemək borusu, mədə və bağırsaqlardakı zərərli toksinləri sidik yolu ilə xaric etməyinizə kömək edir.
Firuzə Alimova / TurpKimi.com