Bel ətrafında olan yağları sürətlə əritməyin yolları - 10 üsul


Bel ətrafında olan yağları əritmək üçün effektiv gündəlik vərdişlər var.

bel-etrafinda-olan-yaglari-suretle-eritmeyin-yollari
09.05.2025 01:19 3 dəq oxuma

Bel nahiyəsindəki artıq yağlardan xilas olmaq  üçün möcüzəyə ehtiyac yoxdur. Elmi olaraq təsdiqlənmiş bu 10 üsul ilə qısa müddətdə nəzərə çarpacaq incəlmə mümkündür.

İncə bir belə sahib olmaq həm estetik görünüş, həm də sağlamlıq baxımından bir çox insanın hədəfinə çevrilib. Lakin yanlış pəhrizlər, qeyri-effektiv məşqlər və səbirsizlik bu yolda əsas maneələr arasındadır.

Bel nahiyəsində yığılan yağlar yalnız görünüş baxımından deyil, daxili orqanlara təzyiq göstərərək sağlamlıq problemlərinə də səbəb ola bilər. Buna görə doğru metodlardan istifadə etməklə bel bölgəsini incəltmək, yalnız xarici görünüşü deyil, həm də həyat keyfiyyətini artırır. 

TurpKimi.com  elmi əsasları olan, tətbiqi asan və qısa zamanda təsirini göstərə bilən ən sürətli bel incəldən üsulları təqdim edir:

Bel İncəldən 10 Effektiv Üsul

1. Şəkər və rəfinə olunmuş  karbohidratları həyatınızdan çıxarın

Şəkər və işlənmiş un məhsulları bel ətrafında yağlanmanın əsas səbəblərindəndir. Bədəndə insulin dirənci yaradır, yağ yandırma prosesini ləngidir.Tam taxıllı, lifli qidalar daha uzun müddət toxluq hissi yaradır.

2. Aralıqlı oruc (Intermittent Fasting) tətbiq edin

16:8 metodu kimi oruc rejimləri, bel yağlarının yandırılmasını sürətləndirir. Bədən aclıq dövründə yağ ehtiyatlarından  istifadə edir.

Həm həzm sistemini dincəldir, həm də kaloriyə nəzarəti asanlaşdırır.

3. Qarın fokuslu məşqləri gündəlik rutinə daxil edin

“Crunch”, “plank”, “leg raise” kimi məşqlər qarın əzələlərini işlədərək sallanmaları azaldır. Gündə 15-20 dəqiqəlik qarın məşqləri müntəzəm edildikdə böyük dəyişiklik yaradır. Məşqlərlə birlikdə bədənin formaya düşməsi və möhkəmlənməsi sürətlənir.

4. Kardio və templi gəzintini yaddan çıxartmayın. 

Bel ətrafındakı yağlardan xilas olmaq üçün yağ yandıran məşqlər vacibdir. Gündə 30-45 dəqiqə sürətli gəzinti, qaçış və ya velosiped sürmək ciddi kalori yandırır.

Müntəzəm kardio məşqlərlə isə qarın bölgəsindəki yağlar azalır.

5. Stressi azaldan texnikalarla kortizolu aşağı salın

Daimi stress kortizol hormonunu artıraraq bel ətrafında yağ yığılmasına səbəb olur.
Yoqa, meditasiya, nəfəs məşqləri bu baxımdan olduqca faydalıdır. Yuxu rejimi və psixoloji tarazlıq bədən formasına birbaşa təsir edir.

6. Su istehlakını artırın

Bədəndəki ödəmin atılması beli daha incə göstərə bilər. Gündə ən az 2-2.5 litr su içmək metabolizmanı sürətləndirir. Yeməkdən əvvəl içilən su porsiya nəzarətinə kömək edir.

7. Lifli qidalara üstünlük verin

Həll olunan liflər (yulaf, çia toxumu, tərəvəzlər) toxluq hissini artırır.

Həzm sistemini tənzimləyir, qəbizliyi aradan qaldırır.

Xüsusilə daxili orqanlar ətrafındakı yağların azaldılmasında təsirlidir.

8. Duz və hazır qidaların istehlakını azaldın

Duzlu və işlənmiş qidalar bədəndə ödəmə səbəb olur.

Xüsusilə hazır şorbalar, konservlər və paketli qəlyanaltılar bel nahiyəsində şişkinlik yaradır.

Təbii, təzə və evdə hazırlanmış yeməklərə üstünlük verilməlidir.

9. Yuxu Keyfiyyətini Artırın

Kifayət qədər yuxu almamaq aclıq hormonlarını artıraraq həddindən artıq yeməyə səbəb olur. Gündə 7-8 saat keyfiyyətli yuxu yağ yandırılmasını dəstəkləyir. Gec saatlarda yemək yeməmək də yuxu rejiminin qorunmasına kömək edir.

10. Təbii qida əlavələrindən dəstək alın

Yaşıl çay, alma sirkəsi, zəncəfil kimi təbii məhsullar metabolizmanı sürətləndirə bilər.

Bütün sadalananları balanslı qidalanma və fiziki fəaliyyətlə dəstəkləmək lazımdır.

Təkbaşına möcüzə yaratmasalar da, prosesə müsbət təsir edirlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com