Qarpızı böyüdən hormon...
Yay fəslinin ən çox sevilən meyvələrindən biri olan qarpız sərinləşdirici təsiri və ləzzətli dadıyla sağlamlığa faydalı meyvədir. Lakin yanlış qarpız seçsəniz sağlamlığınızda müxtəlif problemlərlə üz-üzə qala bilərsiniz.
Aparılan araşdırmalarda, qarpızın içərisindəki çatların ciddi sağlamlıq problemləri yaşada biləcəyini üzə çıxarıb. Yetişdirilərkən meyvə və tərəvəzlərin sürətlə böyüməsi üçün istifadə olunan “forchlorfenuron” hormonu qarpızda çatların yaranmasına səbəb olur. Gözlə görünəcək şəkildə qarpıza təsir edən bu maddə onun dadını korlayır, toxumasını zədələyir. Şirin dadını itirən qarpız tamam dadızlaşır.
Qarpızın sürətlə böyüməsi üçün inyeksiya edilən “forchlorfenuron” hormonu orqanizmə daxil olanda hüceyrələrin deformasiyasına səbəb olur. Bu isə xərçəng xəstəliklərinə yol açır. Ona görə də içərisində çat olan qarpızı əsla yeməyin!
Yazılıb: 19.07.2019
Firuzə Alimova / TurpKimi.com