Berlin məhkəməsi hicab mövzusunda müsəlman qadınlara uduzdu - Yeni qərar qəbul etdi


Berlin məktəblərində hicabla bağlı YENİ QƏRAR

berlin-mehkemesi-hicab-movzusunda-muselman-qadinlara-uduzdu
29.03.2023 23:12 1 dəq oxuma

Almaniyanın paytaxtı Berlində məktəblərdə hicablı müəllimlərin işləyə biləcəyi bildirilib.

Berlin Təhsil Nazirliyi məktəb rəhbərliklərinə hicablı müəllimlərin dərs deyə biləcəyi ilə bağlı yazı göndərib.

Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarını xatırladan məqalədə məktəblərdə dini geyim və simvolların, dövlətin qərəzsizliyinin və ya məktəbdə hüzurun pozulması ilə bağlı təhlükə yarandıqda qadağan oluna biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Berlin şəhərində məktəblərdə, polis və məhkəmə orqanlarında dini simvolların və geyimlərin geyilməsini qadağan edən "Qərəzsizlik Qanunu"na görə hicablı müəllimlərin məktəblərdə dərs deməsinə icazə verilmirdi.
Lakin hicablı işləmək istəyən bəzi müəllimlər Berlin hökumətinə qarşı məhkəməyə müraciət edərək qalib gəliblər. Buna baxmayaraq, Berlin hökuməti "Qərəzsizlik Qanunu"na arxalanaraq, hicablı müəllimlərin dərs deməsinə icazə verməyib.

Müəllimlər açdıqları təzminat davalarında qalib gəldiyi və Berlin əyalətinin hicaba görə dövlət məktəblərində işə götürülməyən müəllimlərə 22 min 170 avro ödədiyi açıqlanmışdı.
 
///Baku.ws