Xüsusi ətri ilə seçilən və insanların bitki çaylarında axtardığı berqamotu gəlin yaxından tanıyaq.
Sitrus ailəsinin bir üzvü olan berqamot bitkisinin boyu ortalama 2 və 4 metrə qədər böyüyür. Bu bitkinin meyvələri limona bənzər və yaşıl sarı rəngdə olur. Əsl ana vətəni Hindistan olan berqamot bitkisi xoş ətri və fərqli dadı ilə seçilir.
TurpKimi.com berqamot haqda maraqlı informasiyanı oxucuları ilə bölüşür:
Faydaları nələrdir?
Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik ölçüdədir, meyvələri yumru və ya armud formasındadır, 5-7 sm diametrində ətli qismi turş ləzzətli, qabıq qismi limon sarısı rəngindədir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində geniş istifadə edilir.
Bitkinin özünə xas xoş qoxusu aroma terapiyada istifadə edilir və stressdən xilas olmağa kömək edir.
Xüsusilə çay kimi istehlak edildikdə əsəbilik və gərginlik kimi mənfi ruh hallarına yaxşı təsir edir.
Polifenollər baxımından zəngin olduğundan berqamot bitkisi antioksidant təsiri göstərərək bədəni pis toksinlərdən qoruyur və immunitet sistemini gücləndirməkdə xüsusi rol oynayır.
Ürək və damar xəstəlikləri, damar tıxanıqlığı kimi narahatlıqların meydana gəlməsini önləyir.
Pis xolesterola yaxşı təsir edir.
Berqamot xüsusilə çay şəklində istehlak edildikdə yağ yandırmağa və kilo verməyə kömək edir.
Berqamot az miqdarda da olsa kafein ehtiva etdiyindən bədənə enerji verir.
Antioksidant xüsusiyyəti sayəsində dəri sağlamlığına kömək edərək zərərli maddələri bədəndən uzaqlaşdırır və yaşlanma əleyhinə təsir göstərir.
Həzm sisteminin işinə, həzmsizliyə, qəbizliyə yaxşı təsir edir.
Berqamot yağı duş suyuna əlavə olunduqda qızdırma salıcı təsir yaradır.
Antiseptik xüsusiyyətləri olduğundan yağ kimi istifadə edilib buxar duşu edildikdə ağız içi yaralara və ağız qoxusuna yaxşı təsir edir.
Aroma müalicə təsiri sayəsində masajlarda, antiseptik xüsusiyyəti ilə sabunlarda istifadə edilə bilən berqamot yağı stresdən qaynaqlanan ağrıların da kəsməsində rol oynayır.
Necə istehlak edilməlidir?
Berqamotdan ən çox qoxuverici kimi qara çayda istifadə edirlər. Berqamotun özündən birbaşa xam olaraq çay dəmləyib içə bilərsiniz.
Berqamot bitkisindən alınan yağdan suyun içərisinə töküb su ilə buxar duşu etsəniz baş və boğaz ağrısından xilas olarsınız.
Ətir, duş geli və sabun kimi kosmetik vasitələrin içərisinə aromaverici kimi qatılaraq istifadə edilir.
Berqamot bitkisindən mürəbbə də hazırlanır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
07-07-2022