Beyin fəaliyyəti üçün faydalı məhsullar açıqlandı


Yediklərimizin orqanizmə birbaşa təsiri danılmazdır...

beyin-fealiyyeti-ucun-faydali-mehsullar-aciqlandi
15.06.2022 11:24 1 dəq oxuma

“Omeqa-3 və omeqa-6 beyin üçün vacibdir. Onlar dəniz məhsulları, qızılbalıq, ton balığı, sardina, siyənək, kimi yağlı balıq növlərində, treska qaraciyərində olur”.

Bunu rusiyalı tibb elmləri namizədi Darya Rusakova insan beyninin fəaliyyəti üçün xüsusilə faydalı olan məhsullardan danışarkən bildirib.

Mütəxəssisin sözlərinə görə kətan və soyuq sıxılmış zeytun yağları, qoz, küncüt və lobya da omeqa ilə zəngindir.

“Giləmeyvə, xüsusilə böyürtkən, qaragilə və albalı kimi tünd olanlar beynin strukturunda yaşa bağlı dəyişikliklər prosesini ləngidən flavonoidlərin zəngin mənbəyidir”, - deyə nutrisioloq əlavə edib.

Həkim hüceyrələri toksinlərdən qorumaq üçün meyvə yeməyi, hüceyrə ölümünü yavaşlatmaq üçün isə rasiona daha çox tərəvəz və göyərti əlavə etməyi məsləhət görüb.

“Vitamin qəbul etmək və zehni fəaliyyəti artırmaq üçün isə tumlar və qoz-fındıq yemək lazımdır”, - deyə o, bildirib.

Bundan əlavə, dietoloq çay və qəhvəni gündə üç-dörd fincanla məhdudlaşdırmağı tövsiyə edir.

“Belə olarsa qəhvə beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək, həmçinin Altsheymer xəstəliyinin inkişafının qarşısını alacaq. Çay çeşidləri arasında bitki mənşəli çaylara üstünlük verilməlidir”, - deyən Rusakova bədənin susuzlaşmasının qarşısını almaq üçün su balansının saxlanmasına diqqət yetirməyi tövsiyə edib.

Mənbə: Ura.ru / Oxu.az