Beyni qidalandıran və yaddaşı gücləndirən ən təsirli qidalar


Rəqəmsallaşma, texnologiyanın inkişafı ilə bərabər insanlarda yaddaşla bağlı problemlər də artır.  

beyni-qidalandiran-ve-yaddasi-guclendiren-en-tesirli-qidalar
30.05.2023 21:16 2 dəq oxuma

Türkiyəli diyetoloq Didem Yıldız Küçük beynin dostu olan qidalar haqda ətraflı məlumat verib. 

 Adətən insanlar yaşlandıqca yaddaşda zəifləmə başlayır. Amma indi gənclərdə də bu problem özünü göstərir. Düzgün qidalanma ilə  erkən yaşlarda Alzheimer, demans kimi yaddaş ilə əlaqədar problemlərin qarşısını almaq mümkündür.

TurpKimi.com beyni qidalandıran və yaddaşı gücləndirən ən təsirli qidaların siyahısını təqdim edir:

Sarısında şəfa var: Yumurta

Xüsusilə idmançıların ağını yeyib sarısını atdığı yumurtada əslində beyin funksiyalarına və inkişafına təsir edən lutein var. Nizamlı şəkildə yumurta istehlakı  gələcəkdə demans, Alzheimer kimi xəstəliklərə tutulma riskini azaldır.

Avokado

Avokado  omeqa-3 və E vitamini cəhətdən olduqca zəngin bir meyvədir. Nizamlı olaraq istehlak edildiyində isə beynin inkişafına müsbət təsir edir.  Tərkibində yüksək nisbətdə faydalı yağlar var. Bu da onun qida dəyərini artırır. Avokadonu diyetik şirniyyatlarda, salatlarda da istifadə edə bilərsiniz.

Hər dərdə dərman: Sarıkök  (Zərdəçal)

Tərkibində  olan kurkumin  beyin hüceyrələrinin yenilənməsində böyük rol oynayır. Ədviyyat kimi olan artıq çəkiyə nəzarət üçün  yeməklərinizə əlavə edə bilərsiniz. Eyni zamanda immunitet sistemini gücləndirmə xüsusiyyəti də çox yüksəkdir.

Əsl zülal qaynaqları: ət, süd və süd məhsulları

Zülal əzələ və sinir sistemi  üçün çox böyük təsirə malikdir. Bunu doğru qaynaqdan almaq, kafi dərəcədə faydalana bilmək çox əhəmiyyətlidir.

İşlənmiş məhsulların (kolbasa, sosiska) yerinə təbii zülal qaynağı kimi  asanlıqla tapa biləcəyimiz ət, yumurta, süddən faydalanmaq lazımdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 05-04-2021