Beyində olan boz maddədən xəbəriniz varmı?
Beyninizdə olan boz maddə nə qədər çoxdursa, IQ səviyyəniz də o qədər də yüksək olur.
TurpKimi.com beyində olan boz maddəni artırmaq üçün bir neçə üsuldan yazacaq.
Beyində olan boz maddə neyron hüceyrələrin böyük əksəriyyətini daşıyır. Boz maddə görmə və eşitmə, yaddaş, duyğular, danışma, qərar vermə və özünə nəzarət etmə kimi siqnalları qəbul edir. Boz maddə artdıqca yaddaş güclənir, qavrama qabiliyyəti artır.
Boz maddə yaşla əlaqədar olaraq getdikcə azalır, amma beyindəki boz maddəni artırmaq mümkündür.
Öyrənmə qabiliyyətini inkişaf etdirmək, yaddaşı gücləndirməklə əlaqəli bildiyiniz bütün aktiv oyunları, fəaliyyətləri həyatınıza daxil edin.
Meditasiya
Son zamanlarda Harvard Universitetində aparılan araşdırmalara görə, mütəmadi olaraq meditasiya ilə məşğul olanların beynində boz maddə artır. Meditasiya həm də alfa, teta və delta kimi faydalı beyin dalğalarının nizamlanmasını da dəstəklər. Meditasiya eyni zamanda stressi azaldar, dəqiq düşünməyə təşviq edər.
Oyunlarla zehninizi inkişaf etdirin
İstər inanın, istər də inanmayın, video oyunları oynayaraq beyninizdəki boz maddə miqdarını artıra bilərsiniz. Çin Elektronik Elm və Texnologiya Universitetindən və Sidney Macquarie Universitetindən olan alimlərin apardığı araşdırmalarda professional oyunçuların beyinləri tədqiq edilib. Oyun oynayarkən boz maddənin artdığı təsbit edilib. Video oyunları oynamaq daha sürətli öyrənməyə, yaradıcılığı artırmağa və problemi həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər.
Aeorobika ilə məşğul olun
İdman beyindəki boz maddəni artırır. Bu dəfələrlə elmi baxımdan da sübut edilib. 2006-cı ildə aparılan təcrübədə nizamlı olaraq idmanla məşğul olmağın beynin həm boz maddəsini, həm də ağ maddəsini əhəmiyyətli ölçüdə artırdığı məlum olub.
Yeni bacarıqlar kəşf edin
Yaşlandıqca sanki özümüzü rahatladırıq və zehni olaraq beynimizi məcbur etmirik. Yeni bacarıq öyrənmək beynin içindəki əlaqələri gücləndirmək üçün möcüzəvi yoldur.
Alman alimlərin 2004-cü ildə apardığı təcrübədə sehrbazlığı öyrənənlər və bu peşəni bilməyənlərin beyni tədqiq edilib. Sehrbazlıq elmini öyrənənlərin beynində boz maddənin çoxaldığı aşkar edilib.
Omeqa 3 istehlak edin
Pitsburq Universitetində aparılan araşdırmaya görə, somon kimi yağlı balıqlarda olan Omeqa-3 yağ turşuları beynin ümumiyyətlə ruh halı və davranışla əlaqəli olan boz maddə həcmini artırır.
Omeqa 3 kapsullarından da istifadə etmək olar. Amma bu keyfiyyətli və təbii olmalıdır.
Pis vərdişlərinizi bir kənara atın
Pis vərdişlər beyninizin inkişafına mane olur. Siqaret çəkmək və ya spirtli içki qəbul etmək boz maddəyə təsir edə bilər.Beyninizi mübət dəyişikliyə məcbur edərək sinirlər arası əlaqəni bərpa edə və sağlamlığınıza qovuşa bilərsiniz.
Xəyal gücünüzdən istifadə edin
Sizə qəribə gələ bilər, ancaq təxəyyülünüzdən istifadə etmək neyronları hərəkətə keçirər. 30 yaşına gəldikdən sonra, beynimiz kiçilməyə başlayır və xəyal gücümüz zəifləyir. Şəkil çəkmək, yazmaq, fantastik janrda oxumaq ya da sahib ola biləcəyiniz digər yaradıcı məşğuliyyətlərlə boz beyin maddəsini artırın və beyninizin kiçilməsinin qarşısını alın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com