Beynin və gözün inkişafı bu yağlardan asılıdır - Omeqa turşularının əhəmiyyəti nədədir?


Beynin inkişafı və görmə pozulmasına qarşı omeqa təklif edilir. 

beynin-ve-gozun-inkisafi-bu-yaglardan-asilidir
17.01.2023 17:24 2 dəq oxuma

Türkiyəli mütəxəssis Beria Aksu Selman omeqa  yağ turşularının beynin inkişafı və görmədə problemlərə qədər  müxtəlif təsiri haqda maraqlı bilgi paylaşıb. 

TurpKimi.com oxucuları üçün omeqa yağ turşularının fərqi və faydaları haqda maraqlı bilgini təqdim edir:

Omeqanın içərisində olan EPA və DHA yağ turşularının faydaları olduqca çoxdur. Omeqa 3-6-9 yağ turşularının beynin inkişafı, göz sağlamlığı, immunitet sisteminin güclənməsi,  ürək xəstəliklərinin qarşısını almaq  kimi çox əhəmiyyətli funksiyaları vardır.

Omeqa 3, omeqa 6 və omeqa 9-dan (oleik asit)  ibarət olan omeqa yağ turşularının insan bədəninə faydaları haqqında çox yazılıb, danışılıb. Ancaq turşuların hər birinin fərqli və əhəmiyyətli təsirləri var. 


"Ürək və damar sağlamlığının qorunmasına kömək edir"

Omega-3-ə bədənin hər vaxt ehtiyacı var. Omeqa-3 xüsusilə ürək və damar sağlamlığının qorunmasına kömək edir. Balıq yağında omeqa 3 yağ turşuları var.

Omega-6  çoxlu doymamış yağ turşularından ibarətdir. Omeqa-6 yağ turşuları da əhəmiyyətlidir və esansialdır,  yəni yalnız qidalar və qida möhkəmlətmələri ilə alınır. Bu yağlar əvvəlcə enerji üçün istifadə edilir. Novruz çiçəyi  (Primula, çuha çiçeyi) yağının tərkibində çoxlu miqdarda omeqa-6 yağ turşuları var. 

Omega-9 təkli doymamış yağ turşularından ibarətdir. Ən məşhur omeqa-9 turşusu isə oleik turşudur. Kətan toxumu yağında çoxlu miqdarda omeqa-9 yağ turşuları var. Xüsusilə omeqa 3,6 və 9 yağ turşularının birlikdə qəbulu hazırki şərtlərdə  xüsusi önəm daşıyır.

Omeqa yağlarına olan ehtiyac ana bətnində başlayır

Omeqa yağlarına olan ehtiyac ana bətnindən başlayaraq uşaqlıq, yetkinlik, gənclik və yaşlılıq dövrlərində davam etməkdədir. Aparılan araşdırmalara görə, omeqa yağları  xüsusilə irəli yaşlarda ürək və damar xəstəliklərinin qarşısını alır. Göz sağlamlığı və beyin inkişafı baxımından faydalı olan bu  yağlar  hamiləlikdə istifadə edildikdə  körpənin beyin və göz inkişafı üçün müsbət təsir edir. Analar qatqısız və etibarlı markadan istifadə etməlidirlər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com