Bəzi insanlar istəsələr də video oyunlar oynaya bilmir - Səbəb nədir?


"Pokemon" cizgi filmində uşaqları xəstəxanalıq edən görüntülər...

bezi-insanlar-isteseler-de-video-oyunlar-oynaya-bilmir
19.12.2022 00:13 2 dəq oxuma

Bu gün geniş yayılan video oyunları "uşaq işi" deyil. Bu oyunları oynayaraq böyüyən nəsil artıq ana-ata olub.

TurpKimi.com bildirir ki, bir çox insan video oyunlarını heç bir əyləncəyə dəyişməsə də, bunu heç cür oynaya bilməyən insanlar da az deyil. Çünki oyunlarda hər saniyə insana təsir edən səs, işıq və görüntü effektləri var.

Bəli, kimisi bu yaradıcı xaosdan zövq alsa da, bəziləri sağlamlığındakı problemlərdən dolayı video oyunalrına yaxın gedə bilmir. Tez-tez səs, işıq və anlıq görüntülərə məruz qalan şəxslər epilepsiya (sara) simptomları göstərə bilər. Ona görə də oyun sizi narahat edirsə və epilepsiya əlamətləri göstərirsə, həkiminizlə məsləhətləşin.

Lakin qeyd edək ki, hər epilepsiya xəstəsi parlaq işıq altına qıcolma simptomları yaşamır. Amma video oyunları oynayarkən ekran qoruyuculardan və eynəklərdən istifadə etməkdə fayda var.

Qadağan edilən POKEMON

Ötən nəslin sevimli cizgi filmlərindən biri olan “Pokemon” 16 dekabr 1997-ci ildə yayımlanarkən “Electric Soldier Polygon” bölümünü izləyən 700-ə yaxın uşaq xəstəxanalıq olub. Belə ki, bölümdə Pikaçu üzərinə gələn raket atışlarını yüksək və parlaq mavi və qırmızı rəngli işıqlarıla məhv edir. Həmin hissəni izləyən bir çox uşaqlarda baş ağrısı, baş gicəllənməsi, müvəqqəti görma pozğunluqları yaşanıb. Beləliklə, Yaponiyada 310-u oğlan, 375-i qız olmaqla 685 uşağın xəstəxanaya aparıldığı qeyd edilib. Qıcolma və gərginlik yaşayan uşaqların bir hissəsi ambulansda yaxşılaşsa da, xəstəxanada bir müddət müalicə alan uşaqlar da az olmayıb.

Yaponiya Sağlamlıq Təşkilatının məlumatında bildirilib ki, xəstəxanaya aparılan 685 uşaqda fotohəssas epilepsiya xəstəliyi müşahidə olunub. Uşaqların cizgi filmindəki tez-tez rənglərin dəyişdirilməsindən və parlaqlığından təsirlənərək gərginlik keçirdikləri açıqlanıb. Hadisədən sonra cizgi filminin yayımına 4 ay qadağa qoyulub. Həmin bölüm yığışdırıldıqdan sonra cingi filmi yenidən göstərilib.

Mənbə: Haber Global

Firuzə Alimova / TurpKimi.com