Kişilərdə Kuvad sindromu...
Müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə, kişilərin 15-30 faizi hamiləlik sindromlarını yaşayır. Bunu isə ən çox həyat yoldaşı hamilə olarkən və doğum zamanı hiss edir. Məsələn, buna səhərlər ürək bulanması, dadbilmədə dəyişiklik, əhvalın kəskin dəyişməsi və sair daxildir.
Kişilərdə rast gəlinən bu simptomlar Kuvad sindormu adlanır. Fransızcadan tərcümədə yumurtalıqların canlanması deməkdir. Kişilər bu simptomları artıq hamiləliyin ilk 3 ayında hiss etməyə başlayır. Hamiləliyin 2-ci trimestrində isə simptomlar qismən azalır. Lakin doğuşa yaxın və doğuşdan sonra simptomlar yenidən canlanır.
Bunun dəqiq səbəbi məlum deyil, ancaq daha çox hormonlarla əlaqələndirirlər. Əldə edilən məlumatlara görə, ailədə yeni doğulacaq körpənin gəlişini gözləyən kişilərdə testesteron hormonu aşağı düşür və əksinə qadın hormonlarının əsasını təşkil edən estorogen, oksitosin və prolaktin isə artır. Südün artmasında mühüm rol oynayan prolaktin hormonunun kişilərdə yaranmasının nəyə lazım olduğu aydın deyil. Lakin fakt fakt olaraq qalır: kişilərin bir çoxunda həmin hormon uşağın dünyaya gəldiyi ilk 6 ayda stabil qalır. Hətta bəzilərində süd vəzləri və məmələr belə şişir.
Mənbə: zdr.ru
Firuzə Alimova / TurpKimi.com