Bəzi pis vərdişlər ömrü uzadırmış - Araşdırma


Bəzi pis vərdişlər insanın ömrünü uzadır.

bezi-pis-verdisler-omru-uzadirmis
11.08.2020 10:13 1 dəq oxuma

Kaliforniya Universitetinin mütəxəssisləri hesab edir ki, bəzi pis vərdişlər insanın ömrünü uzadır.

Araşdırma 2003-cü ildə başlayıb və bu günə qədər davam edir. Yaşlı insanlar ABŞ-da çoxdur, lakin 90 yaşlı insanların səhhəti və uzunömürlülükləri barədə az məlumat var.

Araşdırmada 14 mindən çox insan iştirak edib. Hər altı aydan bir mütəxəssislər iştirakçıları müayinə edib, sağlamlıqlarını və sinir sistemlərini yoxlayıb, nə ilə qidalandıqlarını, fiziki cəhətdən aktiv olub-olmadığını öyrəniblər.

Məlum olub ki, orta miqdarda alkoqollu içki və qəhvə içən insanlar onlardan imtina edənlərdən daha çox yaşayır.

Bundan əlavə, 70 yaşa qədər bədən çəkisi çox olanlar normal çəkisi olanlara nisbətən daha uzun yaşayır. 90 yaşına qədər iştirak edənlərin 40% -dən çoxunda demans xəstəliyi aşkarlanıb, təxminən 80% iştirakçı isə əlil olub. Hər iki kateqoriyada qadınlar üstünlük təşkil edib.

Report.az / TurpKimi.com