Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır - VİDEO


Zərərli qidaların mənfi təsirləri...

bezi-qidalar-beyin-huceyrelerini-siradan-cixarir
18.05.2023 01:42 1 dəq oxuma

Mağazalarda satılan hazır və ya  şəkərli qidalar, fastfud məhsulları, duzlu, dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər beyin üzərində olduqca mənfi təsirə malikdir.

TurpKimi.com Xezerxeber.az-a istinadla xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, tərkibində kimyəvi  və zərərli maddələrin, dadverici qatqıların istifadə olunduğu bu qidalar beyin hüceyrələrini yavaş-yavaş sıradan çıxarır.

Mütəxəssis deyir ki, qidaların hazırlanma üsulları da önəmlidir. Belə ki, isidilərkən tərkibi dəyişən məhsullar yeməyə sonda əlavə edilməlidir. Onun sözlərinə görə, istifadə müddəti çox olan qidalar beyin hüceyrələrinə daha çox zərər verə bilər.

Həkim Nevroloq Yeganə Rəşidova isə “Xəbər Ertəsi”nə deyir ki, belə qidaların qəbulu həm uşaqlarda, həm də böyüklərdə sinir hüceyrələrini yaralayır, beyin funksiyalarında dəyişiklik yaradır.

Həkimin sözlərinə görə, bu cür qidalardan uzun müddət istifadəsi yaddaş zəifliyinə, yuxusuzluğa, nevroloji problemlərə, altsheymer və beyin xərçəngi kimi xəstəliklərə də səbəb ola bilər.

Daha ətraflı süjetdə: