Bəzi yerlərdə intensiv yağış yağacaq - HAVA PROQNOZU


Aprelin 7-nə olan hava durumu...

bezi-yerlerde-intensiv-yagis-yagacaq
06.04.2022 14:34 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

İstənilən havada əhvalınızın gözəl olması diləyi ilə TurpKimi.com