Bıçaqlar və digər polad əşyalardakı pas ləkələrini təmizləməyin bir asan yolu var.
TurpKimi.com xəbər verir ki, soğan və pudra şəkərinin ikisini bir yerdə düşünmək ağlınıza gəlməz.
Ancaq bu bir yemək resepti deyil, təmizlikdə istifadə edə biləcəyiniz praktik bilgilərdən biridir.
Xüsusilə bıçaqlarda yaranan pas ləkələrini mütləq təmizləməliyik. Bir soğanı ikiyə bölün və üzərinə pudra şəkəri səpin. Daha sonra bu şəkərli soğanla bıçağınızı ovuşdurun. Pas ləkələrinin itdiyini görəcəksiniz.
Bu əməliyyatı paslanmış bütün əşyalarınıza tətbiq edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com