Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - İZAHI


Yox, səbəb nəmişlik deyil...

binalarin-asagi-mertebelerinde-yasamaq-saglamliga-ziyandir
10.07.2025 21:06 1 dəq oxuma

“Binaların aşağı mərtəbələrində yaşayan insanlar astma və digər tənəffüs yolları xəstəliklərinə daha çox həssasdırlar”.

TurpKimi.com xəbər verir ki, bunu rusiyalı həkim Dmitriy Yedelev deyib. Həkimin açılqmasına görə azot dioksid də daxil olmaqla avtomobillərdən çıxan zərərli maddələrin konsentrasiyası birinci mərtəbə səviyyəsindən də yüksəkdir.

“Azot dioksid gözün, burnun, boğazın selikli qişasını qıcıqlandırır, öskürək, boğaz ağrısı, nəfəs almaqda çətinlik yaradır. Xüsusilə uşaqlarda tənəffüs yolu infeksiyaları, yaşlılarda isə ürək-damar xəstəlikləri riskini artırır. Bu mühit insanlarda allergenlərə qarşı həssaslıq da yaradır”, - Yedelev xəbərdarlığında qeyd edib.

Bundan əlavə, avtomobillərin işlənmiş qazlarının tərkibində dəm qazı da var. Bu, insanlarda baş ağrısı, halsızlıq və ürək bulanmasına səbəb ola bilir. Bu qazın təsiri nəticəsində xroniki zəhərlənmə yuxu pozğunluğuna və idrak funksiyalarının azalmasına səbəb olur. Yedelev, hamilə qadınlarda düşük riskinin daha yüksək olduğunu söyləyib.

Firuzə Alimova / TURPKİMİ.COM