Bioloq qanı və qaraciyəri təmizləyən məhsulları açıqladı


Orqanizmdə toksinlərin təbii yolla xaric olmasına kömək edən  və sağlamlığa müsbət təsir göstərən məhsullar mövcuddur.

bioloq-qani-ve-qaraciyeri-temizleyen-mehsullari-aciqladi
17.11.2025 10:10 1 dəq oxuma

Bu barədə “Lenta.ru”ya bioloq İrina Lyalina məlumat verib.

TurpKimi.com xəbər verir ki, bioloqun sözlərinə görə, orqanizmi toksinlərdən təmizləməkdə əsas “rekordçular” tərəvəzlər və göyərtilərdir. Çünki onlar təkcə detoks prosesində iştirak etmirlər, həm də qaraciyəri dəstəkləyirlər. Tərəvəzlər arasında xüsusilə çuğundur qiymətlidir və  onun tərkibindəki fermentlər qan yaranması prosesini yaxşılaşdırmağa kömək edir. Çuğundurdan əlavə brokoli, kələm də qaraciyərə yaxşı təsir edir. Onlar bu orqanın təmizlənməsində iştirak edən fermentlərin sintezini stimullaşdırır.

O əlavə edib ki, adi sarımsaq da tərkibindəki kükürd sayəsində qaraciyərin normal fəaliyyətini və immun sistemini dəstəkləyir. Digər orqanlar üçün isə alma, zoğal, qarağat, moruq və limon faydalıdır. Bu məhsulların tərkibində bağırsaqlardan toksinlərin xaric olunmasına kömək edən pektin vardır.

“Zəncəfil qan dövranını və həzmi yaxşılaşdırır, yaşıl çay isə qaraciyəri oksidləşmə prosesindən qoruyan katexinlər ehtiva edir. Lakin nəzərə almaq lazımdır ki, qanın tərkibini və keyfiyyətini qorumaq və toksinlərin effektiv şəkildə xaric olunması üçün kifayət qədər təmiz su qəbul etmək olduqca vacibdir”- deyə Lyalina bildirib.

Bundan əvvəl Lyalina borşun sağlamlıq üçün zərərli xüsusiyyətlərini də açıqlamışdı. Ekspertin sözlərinə görə, mədə-bağırsaq problemləri, podaqra, artıq çəki və ürək-damar xəstəlikləri olan insanlara yağlı borşlar əks-göstərişdir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com