Başmaqlarda artan xəstəliklər...
Rusiya Texnologiya Universitetinin biotexnologiya və sənaye əczaçılıq kafedrasının baş müəllimi Mariya Zolotareva göbələk və bakteriyaların ev başmaqlarında çoxaldığını açıqlayıb.
TurpKimi.com xəbər verir ki, o bu haqda “Gazeta.ru”ya müsahibəsində qeyd edib. Onun sözlərinə görə, buna həmin ayaqqabılardakı isti və rütubətli mühit kömək edir.
“Qalın materiallardan hazırlanmış tərliklər, xüsusən də barmağı bağlı olanlar ayağınızın tərləməsinə səbəb ola bilər. Eyni zamanda, ayaqqabıların içərisində müxtəlif patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli olan isti və nəmli bir mühit yaranır. Bu, qaşınma, qızartı və dərinin soyulmasına gətirib çıxaran göbələk infeksiyalarının inkişafına səbəb ola bilər”, - biotexnoloq vurğulayıb.
O əlavə edib ki, göbələklər diabet xəstələri, pensiya yaşlı şəxslər və immun sistemi zəif olan insanların sağlamlığı üçün təhlükəlidir. Bu infeksiya iltihab, irinləmə, şiddətli narahatlıq və xroniki ağrıya səbəb ola bilər.
Bundan əlavə, tərliyin materialı allergiyaya, qıcıqlanma, qaşınma və dermatit kimi bir çox xəstəliyin inkişafına səbəb ola bilər. Həmçinin bir sıra ortopedik problemlər, ayaqda, kürəkdə və dizlərdə ağrı yaradır.
Firuzə Alimova / TURPKİMİ.COM