Uzunmüddətli və güclü münasibətin romantik axşam yeməkləri, qırmızı güllər və şam işığından keçdiyini sanırsınızsa yanılırsınız.
Müasir əlaqələr, ümumiyyətlə divanda televiziya izləyərək reallaşır.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, aparılan araşdırmaya görə, cütlüklər arasında güclü əlaqənin olması sevgilinizlə lağ etmə potensialınızdan asılıdır.
Müasir əlaqələr zənn etdiyimizdən də sıradan ola bilir. İşdən sonra evə gələrkən tərəfdaşınızla divanda oturub televiziya izləmək və qəhvə içmək belə sizə yetərlidir. Əgər əlaqənizin dastan olacaq romantizmə çevrilməsini istəyirsinizsə, sizə məsləhətimiz var. Aparılan araşdırmalara görə, tərəfdaşınızın utancdan yanaqları tez qızarırsa, deməli sizin əlaqəniz daha güclü ola bilər.
"Appalchian State" universitetindəki araşdırmaçılara görə, "bir-biriylə hər gün lağ edən", zarafatlaşan cütlərin uzun və xoşbəxt əlaqəyə sahib olma şansı daha çoxdur.
Araşdırma rəhbəri Laurel House "Bir-birinizin gözardı edilən qəribəliklərini dilə gətirmə şəkliniz öz xarakteriniz haqqında məlumat verər. Bu qəribəliklər yoldaşınız haqqında ən çox sevdiyiniz şeylər ola bilər" -deyə bildirib.
"Bir-birinizlə zarafatlaşaraq aranızda olan problemləri də ortaya çıxarda bilərsiniz. Paltar yumaq və ya bazarlıq etmək kimi. Bu tərzdə problemləri gün üzünə çıxartmaq çətin şeyləri yumşaq bir şəkildə ələ almanıza köməkçi olar. Bəzən yalnız bir mövzuya işıq tutaraq partnerinizin çox şey bilməsini təmin edə bilərsiniz".
Vüsalə Əlövsətqızı, TurpKimi.com