Bir əsr əvvəl  epilepsiya xəstələrini müalicə edən diyet  - Ketogenik pəhriz nədir?


Ketogenik pəhriz haqqında öyrəndikdə təəccüblənəcəyiniz  çox şey var. Əgər sınamağı düşünürsünüzsə,  bəzi şeyləri bilməlisiniz. 

bir-esr-evvel-epilepsiya-xestelerini-mualice-eden-diyet
13.11.2020 20:51 2 dəq oxuma

Ketogenik pəhriz - Yüksək yağlı, zəif karbohidratlı qidalanma planıdır. Vücudu öyrəşdiyi  enerji mənbəyi olan karbohidratlardan məhrum edərək, yanacaq əvəzi yağ istifadə etməyə məcbur edirik. Bu, qaraciyərin, hüceyrələrin enerji üçün istifadə edəcəyi ketonlar istehsal etməsinə səbəb olur.  Əgər çəkidə azalma varsa, pəhriz təsirini göstərir deməkdir. Orqanizmdəki yağları enerjiyə çevirərək çox kalori sərf edilir. İştah çox yağlı yemək yeməkdən azalır. Bir çox qidanı rasiondan çıxarırsız və yeməklərin çeşidliliyini azaldırsınız. 

Ketogenik pəhriz uşaqlarda epilepsiya kimi xəstəlikləri müalicə etmək üçün az qala bir əsr əvvəl inkişaf etdirilmişdir.

Ketogenik pəhriz haqqında bunları mütləq bilməlisiniz:

Yüksək miqdarda zülalla zəngin pəhriz deyil

Bəzi insanlar ketogenik pəhrizi  az  karbohidratlı olduğu üçün ətsevənlərin xəyalı  olduğunu düşünür.  Bu pəhriz əslində çox zülal ehtiva etmir. Tipik bölgü 75 % yağ, 20 % zülal və 5% karbohidratdır. Buna görə də  əsas məqsəd langet ət deyil, kərə yağı, fındıq yağı və hind qozu yağı kimi yağlara üstünlük verməkdir. 

 Vegeterianlar üçün təhlükəli ola bilər

 Vegeterianlar və veqanlar lobya və taxıl kimi  ərzaqlar olmadan zülal ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Bəzi tərəvəzləri  karbohidratla zəngin olduğundan keto planında ölçüsüz miqdarda  yeyə bilməzlər.

Çox  meyvə yeyilmir 

Kiçik pay meyvələri çıxmaq şərtilə meyvələr karbohidrat baxımından zəngin olduqları üçün yeməyə  icazə verilmir. Ketozisdə qalmaq üçün gündə yalnız  20 qram karbohidrat yeyə bilərsiz. Unutmayaq ki, bir böyük almada 25 qram karbohidrat var. 
 

Qəbizlik şikayətləri yarana bilər

Kəpəkli taxıllar, paxlalılar  və meyvələri pəhrizdən  çıxardıqda zəngin lif mənbələrini kəsmiş olursuz. Digər əks  təsirləri isə: Qan şəkərinin  düşməsi və karbohidrat çatışmazlığından yaranan  sərsəmlik hissidir.

 Sosial mühitdən təcridə səbəb ola bilər

Ailə yeməyi, dostlar ilə xoşbəxt saatlar, qonaqlıqlar və  dəvətlər ketogenik pəhriz tutanlar üçün uyğun deyil.  Ketogenik pəhrizdə bu cür yeməklərə qatılmaq çox çətindir. Arıqlamaq üçün ketozda qalmalısız və partilərdə, axşam yeməklərində, ya da sadəcə bir sendviç yeyərkən ketozdan kənara çıxırsınız.

 Şişirdilmiş faydaları

Bəli, ketogenik pəhriz çəkini azaltmağa səbəb olacaq. Amma ketogenik pəhrizin qara nöqtələr, sivilcə müalicəsi, yaşlanma əlamətlərini ləngitmə və xərçəngin qarşısını alma təsiri ilə bağlı bütün açıqlamalar heç bir dəlillə əsaslanmayıb.

Vüsalə Əlövsətqızı, TurpKimi.com