Bir həftəlik hamiləliyi necə müəyyən etmək olar? - Hamiləlik testində çıxarmı?


Bir həftəlik hamiləliyin əsas göstəriciləri...

bir-heftelik-hamileliyi-nece-mueyyen-etmek-olar
18.05.2022 10:35 2 dəq oxuma

Hamiləliyin simptomları, müddəti və ağrıları hər qadında fərqlidir. Bir çox qadın gecikən aybaşı ilə, süd vəzlərinin ucunda yaranan həssaslıqla, yuxunun tutması, mədə bulantısı kimi səbəblərdən hamilə olduğunu ehtimal edə bilər. Lakin bu göstəricilər aybaşıdan əvvəl baş verən simptomlarla eyni olduğu üçün xanımlar iki yol arasında qalıb vəziyyəti tam müəyyən edə bilmirlər. O zaman 1 həftəlik hamilə olduğunu necə müəyyən edə bilərsən? Simptomları hansılardır? Daha tez necə öyrənmək olar?

TurpKimi.com bildirir ki, hamiləlik ana bətninə düşdüyü andan etibarən müəyyən dəyişikliklərdən dolayı özünü göstərməyə başlayır. Uşaq hələ 1 həftəlik və ya 10 günlükdürsə, hər qadın müxtəlif göstəricilərlə qarşılaşa bilər. Xüsusilə də aybaşı ağrılarına bənzəyən simptomlar qadınların bir çoxunda müşahidə edilən göstəricilərdir.

Mayalanmadan sonra embrion ana bətninin divarına yapışmaqla hamiləlik müddəti başlayır. 6-12 günə gerçəkləşən bu vəziyyətin ilk göstəricisi “yerləşmə” qanaması kimi müşahidə edilir. Bu, qəhvərəngli ləkələnmə olur ki, hamiləliyin ilk simptomu sayılır.

Hamiləliyin ilk həftəsində müşahidə edilən simptomlar:

1 – Aybaşının gecikməsi;

2 – Yeməklərin qoxusundan və yeməklərdən diksinmək və ya əksinə iştahın artması;

3 – Süd vəzlərində həddindən artıq həssaslıq;

4 – Qoxulara qarşı həssaslıq;

5 – Mədənin bulanması, qusma;

6 – Halsızlıq, yorğunluq və yuxulu olmaq;

7 – Tez-tez sidiyə çıxmaq;

8 – Ağızda metala bənzər dad;

9 – Cinsiyyət orqanının aşağı hissəsində ağırlıq hissi;

Lakin bu simptomlar insandan insana fərqli ola bilər. Hamiləliyin bütün simptomları fərqli olsa da, ən diqqət çəkən göstəricisi aybaşının gecikməsidir.

1 həftəlik hamiləlik testə çıxa bilər?

Hamilə qadının orqanizmində ifraz olunan HCG-nin miqdarı (Human chorionic gonadotropin – hamiləliyin var olub olmadığını müəyyən edən hormon) embrion ana bətninə düşdüyü andan etibarən hər 48-72 saatdan bir 2 dəfə çoxalır. Bu, hamilə qadının HCG hormonunun səviyyəsinin sürətlə artması deməkdir. Mayalanmadan 7 gün sonra HCG-nin səviyyəsi 50 ml-yə qədər qalxır. HCG-nin miqdarı ilk olaraq qanda görünür. Sidikdə müşahidə edilməsi üçün bir az vaxt keçməlidir. Sidiklə edilən testdən ən düzgün cavabı almaq üçün aybaşı tarixinin üzərindən bir neçə günün keçməsini gözləmək lazımdır.

Yazılıb: 28.02.2021-ci ildə...

Firuzə Alimova / TurpKimi.com